Uzunömürlülük üçün həkimin tövsiyə etdiyi beş vacib qayda

Bu gün, 16:38           
Uzunömürlülük üçün həkimin tövsiyə etdiyi beş vacib qayda
Sağlam qidalanma vərdişləri ömrün uzanmasına və bir çox xəstəliklərin riskinin azalmasına kömək edə bilər. Rusiyalı endokrinoloq Maksim Kuznetsov bunun üçün əməl edilməli olan beş əsas qidalanma qaydasını açıqlayıb.
Mütəxəssis bununla bağlı şəxsi "Telegram" kanalında paylaşım edib.

Həkimin sözlərinə görə, ilk növbədə gündəlik duz istehlakı 5 qramdan çox olmamalıdır. Duzun həddindən artıq qəbulu orqanizmdə mayenin ləngiməsinə, arterial təzyiqin yüksəlməsinə və ürəyə əlavə yük düşməsinə səbəb olur.

Kuznetsovun ikinci tövsiyəsi hər gün rasiona ən azı 400 qram meyvə və tərəvəz daxil etməkdir. Onun sözlərinə görə, bu məhsulların tərkibindəki liflər bağırsaq fəaliyyətini yaxşılaşdırır və həzm sisteminin sağlam işləməsinə kömək edir.

Mütəxəssis, həmçinin həftədə iki-üç dəfə balıq yeməyi məsləhət görür. O bildirib ki, balıq ürək və damar sağlamlığı üçün faydalı olan omeqa-3 yağ turşuları ilə zəngindir və ürək-damar xəstəlikləri riskini azalda bilər.

Dördüncü tövsiyə gün ərzində bir-iki fincan qəhvə içməkdir. Həkimin sözlərinə görə, qəhvə orta miqdarda qəbul edildikdə ölüm riskinin azalması ilə əlaqələndirilir və 2-ci tip şəkərli diabetin inkişaf riskini azaltmağa kömək edə bilər.

Endokrinoloqun sonuncu tövsiyəsi isə qida dəyəri aşağı olan, "qida zibili" kimi tanınan ultra emal olunmuş məhsullardan mümkün qədər uzaq durmaqdır.

Kuznetsov vurğulayıb ki, sağlam həyat tərzi sərt qadağalarla deyil, davamlı və faydalı vərdişlərin formalaşdırılması ilə qurulur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru