Xameneinin yeznəsi həbs olundu
Dünən, 17:32

Radikal və sərt açıqlamaları ilə İranı siyasi lərzəyə salan İran "Hizbullah" təşkilatının baş katibi Ayətullah Seyid Məhəmməd Baqir Xərrazi (Mohammad-Bagher Kharrazi) həbs edilib.
“Azad İran” telqram kanalı xəbər verir ki, bu barədə Qum Xüsusi Ruhani Məhkəməsi qərar çıxarıb.
Onun milli təhlükəsizliyə qarşı fəaliyyət ittihamı ilə saxlanıldığı bildirilir.
Xərrazinin həbsi indiyədək rəsmi şəkildə təsdiqlənməyib.
Qeyd edək ki, İran "Hizbullah" təşkilatının baş katibi Məhəmməd Baqir Xərrazi bir müddət əvvəl vidoepaylaşımında geniş ictimaiyyətə çağırış edərək hicaba riayət etməyənlərə qarşı sərt davranmağı, hətta öldürmək barədə fətva verib. Bundan əlavə olaraq Xərrazi mövcud Məsud Pezeşkian hökumətini sərt şəkildə tənqid edib. O, Prezident Pezeşkian hakimiyyətini "dinsiz", “kloun”, “ABŞ-nin və şeytanın muzdurları", “şeytani hökumət” adlandırıb. O, iddia edib ki, bu hökumət dindən uzaqlaşdığı üçün ölkədə hicabsızlıq yayılıb. Xərrazi eyni zamanda parlament sədri Məhəmməd Baqir Qalibafı "İslamı anlamamaqla" ittiham edib. Bununla kifayətlənməyən Xərrazi ölkədə hakimiyyət çevrilişi barədə çağırışlar edib.
Onun sözügedən videosunun yaratdığı kütləvi hiddətdən sonra hakimiyyət onun bu açıqlamalarını dövlətin təhlükısizliyinə ciddi təhdid kimi dəyərləndirib. Bundan sonra Xüsusi Ruhaniyyət Məhkəməsi Xərrazi barəsində cinayət təqibinin başladıldığını bəyan edib.
Onu da xatırladaq ki, Xərrazi də sonradan geri addım ataraq videopaylaşımını silib və bunu saxta video adlandırıb.
İran “Hizbullah” lideri Xərrazi Xamenei ailəsinin yeznəsidir.

