Yaponiya sakini yeddi yaşlı oğlunu 2000 metr yüksəklikdə tək qoydu

Bu gün, 12:54           
Yaponiya sakini yeddi yaşlı oğlunu 2000 metr yüksəklikdə tək qoydu
Yaponiyada 48 yaşlı ata yeddi yaşlı oğlunu Fuci dağında tək qoyduğu üçün töhmət alıb.

BBC xəbər verir ki, uşaq yağışlı havada, 2 000 metr yüksəklikdə skamyada oturmuş vəziyyətdə aşkarlanıb.

Məlumata görə, oğlan atası ilə birlikdə dağa qalxıb. Uşaq yorulduğunu deyib. Buna cavab olaraq ata ona "burada gözlə" deyərək yoluna davam edib.

Uşağı aşkarlayan dağ daxmasının əməkdaşları hadisə barədə polisə məlumat veriblər. Oğlanın atası uşağı tərk etdiyi yerdən təxminən üç saatlıq piyada məsafədə müəyyən edilib. Kişi oğlunun yanına qayıdaraq baş verənlərə görə üzr istəyib.

Qeyd edək ki, Fuci Yaponiyanın ən yüksək dağıdır. Dağın hündürlüyü 3 776 metrdir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru