İranın ABŞ sanksiyalarına qarşı mübarizə ssenarisi mövcuddur - SEPAH

Dünən, 00:02           
İranın ABŞ sanksiyalarına qarşı mübarizə ssenarisi mövcuddur - SEPAH
İran hakimiyyətinin ABŞ-ın hər bir düşmənçilik addımına cavab vermək üçün planı, həmçinin Vaşinqtonun tətbiq edəcəyi yeni məhdudiyyətlərin ölkəyə mənfi təsirini aradan qaldırmaq və müxtəlif dövlətlərlə iqtisadi əlaqələri qurmaq üçün ssenarisi mövcuddur.
İranın SNN agentliyi xəbər verir ki, bunu İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) rəsmi nümayəndəsi Hüseyn Mohabbi bildirib.
"ABŞ Prezidenti Donald Trampın İrana qarşı ən sərt iqtisadi müharibəyə başlamaq barədə əmri Vaşinqtonun hərbi arenada məğlubiyyətini səssiz şəkildə etiraf etməsi deməkdir. İqtisadi müharibə Tehran üçün yeni məsələ deyil. ABŞ 47 ildir belə müharibə aparır və İran iqtisadiyyatının bütün əsas sahələrinə qarşı sanksiyalar tətbiq edib. İranın qarşı tərəfin hər bir düşmənçilik addımına cavab planı var. Yeni təzyiqin mənfi nəticələrindən yayınmağa və müxtəlif ölkələrlə iqtisadi əlaqələri asanlıqla qurmağa imkan verən ssenarimiz də mövcuddur”, - deyə Mohabbi vurğulayıb.

Mənbə: azxeber.com












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]