Zelenski: Ukrayna ABŞ və Avropa ilə müharibənin dayandırılması üzrə plan hazırlayıb

Bu gün, 09:08           
Zelenski: Ukrayna ABŞ və Avropa ilə müharibənin dayandırılması üzrə plan hazırlayıb
Ukrayna ABŞ və Avropa tərəfdaşları ilə birlikdə müharibənin dayandırılması üçün yeni plan hazırlayıb.

Moderator.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski açıqlayıb.

Onun sözlərinə görə, plan ABŞ Prezidenti Donald Trampın nümayəndələri və Avropa rəsmiləri ilə birgə hazırlanıb. Sənəddə atəşkəsin elan olunması, Rusiya və Ukrayna qoşunlarının cəbhə xəttindən qarşılıqlı şəkildə geri çəkilməsi və bu ərazidə bufer zonasının yaradılması nəzərdə tutulur.

Zelenski bildirib ki, ABŞ tərəfinin əlavə təklifləri də var və Kiyev onların təqdim olunmasını gözləyir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]