Pakistan ordusunun komandanı İran İslam Şurası Məclisinin sədri ilə görüşüb

Bu gün, 08:18           
Pakistan ordusunun komandanı İran İslam Şurası Məclisinin sədri ilə görüşüb
Pakistan ordusunun komandanı feldmarşal Asim Münir bu gün axşam İran İslam Şurası Məclisinin sədri Məhəmməd Baqer Qalibafla görüşüb.

Moderator.az-ın məlumatına görə, Pakistanın Tehran və Vaşinqton arasında vasitəçilik səylərinin davamı olaraq keçirilən görüşdə Qalibaf ABŞ-ın öhdəliklərinə əməl etməməsinə toxunaraq bildirib ki, anlaşma memorandumunda tərəflərin öhdəlikləri aydın şəkildə müəyyənləşdirilib.

Qalibaf qeyd edib ki, ABŞ öhdəliklərini yerinə yetirməməklə regionda sabitliyin təmin olunmasına mane olub və bu, həmin ölkəyə etimadsızlıq üçün daha bir səbəb yaradıb.

İranın danışıqlar heyətinin rəhbəri İranın təzyiqlərdən təsirləndiyi barədə iddiaları rədd edərək vurğulayıb ki, Tehran anlaşma memorandumunda müəyyən edilmiş şərtlərin icrasını tələb edir.

O bildirib ki, məhz ABŞ anlaşma memorandumunda nəzərdə tutulan öhdəliklərə əməl etməlidir.

Asim Münir də görüş zamanı regionda sabitliyin bərpası istiqamətində səylərini davam etdirəcəyini bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]