Uşaqlıq illərimizin sevimli filmlərinin aktyoru, həyatda vicdanlı, vətənpərvər insan olan Aleksey Smirnov.

Bu gün, 09:04           
Uşaqlıq illərimizin sevimli filmlərinin aktyoru, həyatda vicdanlı, vətənpərvər insan olan Aleksey Smirnov.
O, İkinci Dünya Müharibəsində iştirak edib və ağır yaralanıb. Ağır xəsarətinə görə heç vaxt ata ola bilməyəcəyini həkimlərdən eşidən aktyor cəbhədən qayıtdıqdan sonra sevdiyi qızla əlaqəsini kəsib onunla ailə qurmur. Qız yalnız bir neçə il sonra sevgilisinin ondan nə üçün uzaqlaşdığını bilir. Aktyor ömrünün sonunadək kommunal, darısqal evdə anasıyla yaşayıb. O, ata ola bilməməsinə baxmayaraq, uşaqları həddən artıq sevirmiş. Tez-tez uşaq evinə gedər, özünün düzəltdiyi oyuncaqları uşaqlara paylayardı. Aktyor uşaq evində hamıdan çox sevdiyi azyaşlını övladlığa götürmək istəyib. Lakin buna icazə verməyiblər. 59 il ömür sürən sənətkar mənzil də ala bilməyib.
Anar Tağıyev












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]