ABŞ-da xəzinə ovçuları 1 milyon dollarıq sərvət tapdılar

28-07-2015, 22:38           

ABŞ-ın Florida ştatında xəzinə ovçuları ailəsi 300 il əvvəl batmış gəmidə qiyməti 1 milyon dollardan çox olan ispan qızılı tapıblar.

Bu barədə batmış gəminin 2010-cu ildə bütün hüquqlarını alan Queens Jewels LLC şirkətinin rəhbəri Brent Brisben məlumat verib.

Erik Şmitt, arvadı, bacısı və valideynləri ilə birgə apardığı axtarışlar zamanı 51 qızıl sikkə və 12 metrlik qızıl zəncir tapıblar.

Nəşrin məlumatına görə, 300 il əvvəl Florida sahillərində Havanadan İspaniyaya gedən 11 gəmi fırtınaya düşərək batıb. Hadisə zamanı mindən çox insan suda boğularaq ölüb, 400 milyon dollarlıq xəzinə isə okeanın dibinə düşüb.

The Local qeyd edir ki, bu Şmitt və ailəsinin artıq 3-cü tapıntısıdır.

ABŞ qanunlarına əsasən, tapılan xəzinənin 20 faizi yerli muzeyə veriləcək, qalan 80 faiz isə Brisbenin şirkəti və Şmitt ailəsi arasında bölünəcək. (oxu.az)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]