Polis polkovniki qətlə yetirildi

31-07-2015, 15:16           
Polis polkovniki qətlə yetirildi
Rusiyanın Nalçik şəhərində naməlum şəxslər polis polkovnikini qətlə yetiriblər.

AzVision.az `İnterfax` agentliyinə istinadən xəbər verir ki, hadisə polkovnikin evində baş verib.

`İki naməlum şəxs gecə 03:00 radələrində Rusiya Daxili İşlər Nazirliyinin Çerkes rayonu üzrə şöbəsinin qərargahının rəisinin evinə daxil olub və hələ ki növü müəyyənləşdirilməyən silahdan bir neçə dəfə atəş açıb. Daxili İşlər Nazirliyinin polkovniki aldığı yaralardan hadisə yerindəcə keçinib`, - deyə DİN-in yaydığı məlumatda bildirilir.

Hazırda Rusiya hüquq mühafizə orqanları faktla bağlı araşdırmalara başlayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]