Rusiyadan şok açıqlama- Xarici agentlər rusların DNT nümunələrini toplayır

1-11-2017, 14:16           
Rusiyadan şok açıqlama- Xarici agentlər rusların DNT nümunələrini toplayır
Rusiyadan şok açıqlama- Xarici agentlər rusların DNT nümunələrini toplayır


Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov xarici agentlərin fərqli etnik kökə malik rusların DNT nümunələrini topladığını açıqlayıb.

Moderator.az xarici mediaya istinadən xəbər verir ki, Peskov bununla bağlı açıqlamasında DNT nümunələrini toplayan xarici agentlərin ictimai təşkilatlarda çalışdıqlarını bildirib.

Rusiya Dövlət Dumasının deputatı Gennadi Onişenko isə xarici laboratoriyalarda belə araşdırmaların aparılmasının dövlət tərəfindən məhdudlaşdırılmasının vacibliyini vurğulayıb.

“Vətəndaşlarımızın orqanlarının analizlərinin toplanması ABŞ-ın aqressiv hərbi proqramını dayandırmadığının sübutudur.”- Rusiyalı deputat belə deyib.

Bəzi rus alimləri DNT nümunələrinin ABŞ-ın bioloji müharibə araşdırmasında istifadə edildiyini irəli sürüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru