Keçmiş kralın şahzadə oğlu öldürülüb?

8-11-2017, 10:28           
Keçmiş kralın şahzadə oğlu öldürülüb?
Polisin əməliyyatı zamanı Səudiyyə Ərəbistanı şahzadələrindən heç kim ölməyib.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı Səudiyyə Ərəbistanı polisi yayıb. Polis KİV-in öldürüldüyü haqqında informasiya yaydığı şahzadənin sağ olduğunu bildirib.

Qeyd edək ki, bundan öncə 44 yaşlı şahzadə Əbdüləziz ibn Fahdın onu həbs etmək üçün gələn hüquq-mühafizə orqanlarının əməkdaşları ilə mühafizəçilər arasında silahlı atışmada öldüyü bildirilmişdi. Media bu məlumatı ABŞ Federal Tədqiqatlar Bürosunun sabiq əməkdaşı Əli H. Sofana istinadla paylaşmışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru