Ərəb Liqası katibi Ankaranı satdı – Qətər dərhal bəyanat yaydı

5-08-2015, 13:18           
Ərəb Liqası katibi Ankaranı satdı – Qətər dərhal bəyanat yaydı
Ərəb Dövlətləri Liqası Türkiyənin Şimali İraqı bombalamasını dəstəkləmir. Axar.az xəbər verir ki, bu sözlər Ərəb Dövlətləri Liqasının Baş katibi Nebil Arabinin yazılı açıqlamasında yer alıb. Açıqlamada Ərəb Dövlətləri Liqasının həmçinin bölgə ölkələrinin təhlükəsizliyini hədəf alan bütün terror aktlarını qəti şəkildə pislədiyi də vurğulanır. Qətər Xarici İşlər Nazirliyi isə bu açıqlamanın ardından bəyanat yayıb. Rəsmi Doha Arabinin açıqlamasının təşkilata üzv ölkələrin heç birinin mövqeyi öyrənilmədən yayıldığını bildirib: “Biz öz sərhədlərini, təhlükəsizliyini qorumaq üçün Türkiyənin atdığı bütün addımları dəstəkləyirik. Suriya rejiminin bütün addımları bu cür təhlükəli təşkilatların yaranmasında mühüm rol oynayıb. Bu da beynəlxalq təhlükəsizlik və sülhə təhdid yaradır. Baş katibin açıqlaması isə bir dövlətin özünü qorumaq haqqını tamamilə inkar edir”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru