Məşhur erməni ekstrasen- aparıcı öldürülüb

6-08-2015, 12:54           
Məşhur erməni ekstrasen- aparıcı öldürülüb
Ermənistanda məşhur-aparıcı ekstrasens Ani Macnumyan öldürülüb.

Bu barədə AzVision.az erməni KİV-nə istinadən xəbər verir.

Məlumata əsasən Macnumyanın yaxınları uzun müddət ondan xəbər almadıqları üçün xilasedicilərə zəng vurublar.

Aparıcının yaşadığı binaya gələn xilasedicilər onu mənzildə ölü vəziyyətdə tapıblar. 53 yaşlı aparıcının çoxsaylı bıçaq xəsarətləri aldığı müəyyən olunub. Yerli hüquq-mühafizə orqanları tək yaşayan ekstrasensin öldürülməsi ilə bağlı istintaq işinə başlayıblar.

Ani Macnumyan “Şant TV” kanalında yayımlanan “6-cı hiss” verilişinin aparıcısı və ekstrasensi olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru