“Dağlıq Qarabağ erməniləri etnik azlıqdır” - Argentinalı professor

19-08-2015, 16:03           
“Dağlıq Qarabağ erməniləri etnik azlıqdır” - Argentinalı professor
“Dağlıq Qarabağda yaşayan әhali öz müqәddәratını tәyin edәcәk xalq statusunda deyil”.

APA-nın mәlumatına görә, bu sözlәri Argentina Beynәlxalq Hüquq İnstitutunun üzvü, Cenevrәdә yerlәşәn Beynәlxalq vә İnkişaf üzrә Tәdqiqatlar İnstitutunun professoru Marselo Kohen Azәrbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mәrkәzindә çıxışı zamanı deyib.

M. Kohen bildirib ki, beynəlxalq hüquq baxımından “Dağlıq Qarabağ xalqı” deyilәn mәhfum yoxdur: “Ermәnilәr Dağlıq Qarabağda yaşayan etnik azlıqdırlar. Onların öz dillərini, adәt-әnәnәlәri qoruyub saxlamaq kimi azlıq hüquqları var. Onlar suverenliyi tәyin edә bilmәzlәr”.

M. Kohen tədbirdə Britaniya ilә Argentina arasında Malvina-Folklend adaları әtrafında münaqişә mәsәlәsi barәdә mәruzә edib. O, digәr münaqişәlәrdә olduğu kimi, bu münaqişәnin dә güclә hüquq arasında münaqişә olduğunu deyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru