Ərəb general öldürüldü

24-08-2015, 10:58           

Səudiyyə Ərəbistanı Silahlı Qüvvələrinin 18 briqadasının komandiri, general-mayor Əbdürrəhman Səid əş-Şahrani öldürülüb.

AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir ki, general avqustun 24-ü, Yəmən sərhədində yerləşən Səudiyyə Ərəbistanı mövqelərinin atəşə tutulması nəticəsində öldürülüb.

General yoxlama məqsədilə Yəmənlə sərhəddə Səudiyyə Ərəbistanı mövqelərinə baş çəkirmiş. Ağır yaralanan general xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya martın 26-dan Yəmənə havadan zərbələr endirir.
Hərbi əməliyyatın məqsədi Yəməndəki husiləri (şiələr) hakimiyyəti Abd Rabbo Mansur Hadiyə qaytarmağa məcbur etməkdir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru