ABŞ-dan Rusiya-Suriya xəbərdarlığı

9-09-2015, 12:35           
ABŞ-dan Rusiya-Suriya xəbərdarlığı
Birləşmiş Ştatlar xəbərdarlıq edir ki, Rusiyanın Suriyaya hərbi qüvvələr göndərməsi İŞİD qruplaşmasına hava zərbələri endirən ABŞ koalisiyası ilə “qarşıdurma”ya gətirər

Ağ Evin sözçüsü Coş Ernest sentyabrın 8-də deyib ki, Vaşinqton “Rusiyanın Suriyaya əlavə hərbi heyət və təyyarələr göndərməsi barədə məlumatlardan narahatdır”. “Belə bir dəstəyi həyata keçirirlərsə, bu, beynəlxalq ictimaiyyətin maraqlarına zidd olar və sabitsizlik törədər,” Earnest deyib. Bolqarıstan sentyabrın 8-də bildirib ki, Rusiyanın Suriyaya hərbi təchizat təyyarələrinin uçuşuna icazə xahişini rədd edib. Bir ildən az bir müddət ərzində ABŞ-ın rəhbərlik etdiyi koalisiya Suriya və İraqdakı İD yaraqlıları və onların hədəflərinə 50 min zərbə endirib. (musavat.com)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru