Goranboy millət vəkili seçicilərindən təşəkkür umur

2-05-2015, 08:18           
[media=https://www.youtube.com/watch?v=SBhGZbowxq4]
Goranboyun millət vəkili seçicilərindən təşəkkür umur-VIDEOHər 5 ildən bir baş tutan parlament seçkilərində təbliğat-təşviqat kampaniyası zamanı namizədlər öz seçicilərinə şirin vədlər verir,arzusunda olduğu posta yüksəlmək məqsədilə sakinlərin arzularına çıraq tutur

BTV bildirir ki,seçkilər yekunlaşdıqdan sonra isə onların əksəriyyəti verdikləri vədləri də elə öz seçicilərini də unudurlar .Sorğumuzun nəticəsindən də göründüyükimi Mahir Aslanov da bu qəbildən olan millət vəkillərindəndir.Biz sakinlərin söylədiklərini , səsləndirdikləri şikayətləri əsas tutaraq, bütün ittihamlara aydınlıq gətirmək məqsədilə millət vəkili ilə əlaqə saxladıq. Suallarımızı Mahir Aslanovun köməkçisi Yalçın Qələndərov cavablandırdı. O bildirdi ki,sakinlərin əksəriyyəti şifahi şəkildə müraciət edir və belə olanhalda hamını razı salmaq qeyri –mümkündür. Göründüyü kimi Mahir Aslanov vəzifə borcunu yerinə yetirəcəyi halda əvəzində seçicilərindən təşəkkür alacağını umur. Və nəticədə nə seçicilərini görüb nə də hər hansısa bir şikayətlərini eşidib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]