Keçmiş nazirin məmur xalası oğlunu arvadı ilə qızı öldürübmüş

5-05-2015, 13:22           
Keçmiş nazirin məmur xalası oğlunu arvadı ilə qızı öldürübmüş
Bakının Nizami rayonunda keçən ilin sentyabr ayında qətlə yetirilən kişinin həyat yoldaşı və qızı tərəfindən öldürüldüyü məlum olub.

"Report"un məlumatına görə, hadisə zamanı Babək prospekti ev 17-də 1964-cü il təvəllüdlü İsgəndərov Füzuli Haqverdi oğlu yaşadığı evin yaxınlığında amansızlıqla öldürülüb.

Bakı Şəhər Prokurorluğu və Nizami Rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat zamanı hadisənin mərhumun həyat yoldaşı Xalidə İsgəndərova və qızı Əmanə İsgəndərova tərəfindən törədildiyi məlum olub.

X.İsgəndərova və Ə.İsgəndərova şübhəli şəxs qismində saxlanılıblar. Hazırda hadisənin baş vermə səbəbləri araşdırılır.

Qeyd edək ki, qətlə yetirilən F.İsgəndərov uzun illər Daşınmaz Əmlak üzrə Dövlət Reyestri Xidmətinin rəis müavini olub. Onun, həm də sabiq maliyyə naziri Əvəz Ələkbərovun xalası oğlu olduğu bildirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]