Vasif Talıbovu əvəz edən şəxsdən İLK AÇIQLAMA - "Prezidentin tapşırıqları əsas fəaliyyət istiqamətimiz olacaq"

21-12-2022, 16:31           
Vasif Talıbovu əvəz edən şəxsdən İLK AÇIQLAMA -
"Bundan sonra da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələri əsas fəaliyyət istiqamətimiz olacaq".

DİA.AZ bildirir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən verilən məlumata görə, bunu Ali Məclisi Sədrinin birinci müavini Azər Zeynalov altıncı çağırış səkkizinci sessiyada çıxışı zamanı bildirib.

A.Zeynalov əlavə edib ki, fəaliyyəti dövründə dövlət başçısı tərəfindən uğurla davam etdirilən Heydər Əliyev siyasi xəttinə sadiq qalacaq.

Bununla da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin altıncı çağırış səkkizinci sessiyası öz işini başa çatdırıb.

Qeyd edək ki, bu gün Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin səkkizinci sessiyası keçirilib. Sessiyada Ali Məclisin Sədri Vasif Talıbovun səhhəti ilə bağlı müraciətinə baxılıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin vəzifəsindən azad olunması ilə bağlı qərar layihəsi səsə qoyularaq qəbul edilib.

Vasif Talıbovu bu vəzifədə I müavin Azər Zeynalov əvəz edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru