Yaponiyada kriptovalyutalar maliyyə məhsulu statusu aldı

Bu gün, 17:24           
Yaponiyada kriptovalyutalar maliyyə məhsulu statusu aldı
Yaponiya hökuməti kriptovalyutaların tənzimlənməsi ilə bağlı mühüm dəyişiklik edib.

Yeni qaydalara əsasən, ölkədə kriptovalyutalar artıq maliyyə məhsulu kimi tənzimlənəcək və səhmlərlə digər maliyyə alətləri ilə eyni hüquqi statusa malik olacaq.

Məlumata görə, indiyədək kriptovalyutalar Ödəniş Xidmətləri Qanunu çərçivəsində tənzimlənirdisə, bundan sonra onlar Maliyyə Alətləri və Birja Qanununun əhatə dairəsinə daxil ediləcək. Bununla da kriptovalyutalar səhmlərə bənzər qaydada tənzimlənəcək.

Dəyişikliklərin diqqət çəkən məqamlarından biri də vergi sistemidir. Yeni qaydalara əsasən, kriptovalyuta əməliyyatlarından əldə olunan gəlirlərə təxminən 20% sabit vergi tətbiq olunacaq.

Hazırkı sistemlə müqayisədə bu dəyişiklik investorlar üçün daha əlverişli hesab edilir. Belə ki, əvvəllər fərdi kriptovalyuta gəlirləri bəzi hallarda gəlir vergisinə cəlb olunur və daha yüksək vergi dərəcələri tətbiq edilirdi. Yeni sistem isə investorlara sabit vergi yükü ilə daha proqnozlaşdırılan mühit təqdim edəcək.

Yeni qaydalar çərçivəsində zərərlərin vergidən çıxılması da mümkün olacaq. Üç illik hesablama dövrü əsasında tətbiq ediləcək sistemdə investor yalnız yekun xalis mənfəət üzrə vergi ödəyəcək. Məsələn, investor bir il ərzində 150 min dollar gəlir əldə edib, növbəti ildə 100 min dollar zərər edərsə, yalnız 50 min dollar üzrə vergi ödəyəcək.

Qanun layihəsi eyni zamanda kriptovalyuta ETF-ləri üçün də hüquqi çərçivə formalaşdıracaq. Bu isə gələcəkdə kriptovalyutalara əsaslanan investisiya fondlarının təsdiqlənməsi üçün yeni imkanlar yaradacaq.

Sərvanə Rəmixanova












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru