Lisenziyası ləğv edilən "General Hospital" nazirliyin qərarına məhəl qoymur: Qanunsuz işləyir (VİDEO)

Bu gün, 00:17           
Lisenziyası ləğv edilən "General Hospital" nazirliyin qərarına məhəl qoymur:
Saxta sağlamlıq arayışı verdiyi üçün ötən ay lisenziyası ləğv edilən "General Hospital" hələ də fəaliyyət göstərir.

TEREF Real TV-yə istinadən xəbər verir ki, söhbət Qaraçuxur qəsəbəsi Rafiq Alcanov küçəsində yerləşən tibb mərkəzindən gedir.

Belə ki, İqtisadiyyat Nazirliyi tərəfindən fəaliyyəti ləğv edilən tibb müəssisəsi hələ də arayış verməyə davam edir.

Baş həkim Rüstəm Mikayılov sözügedən qərarla razılaşmadıqları üçün aidiyyəti üzrə müraciət etdiklərini və fəaliyyətlərini davam etdirdiklərini bildirib.

İqtisadiyyat Nazirliyindən bildirilib ki, "General Hospital"a verilən lisenziya ləğv edilib. Tibb müəssisəsinin lisenziyasız fəaliyyətini davam etdirməsi ilə bağlı tədbirlərin görülməsi Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Xidmətinə həvalə olunub. Məsələ ilə bağlı araşdırmaya başlanılıb.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru