Opta superkompüteri yarımfinal oyunlarından sonra dünya çempionatının qalibini proqnozlaşdırıb.
Tribuna.az xəbər verir ki, superkompüterin hesablamalarına əsasən, dünya çempionatının finalında üz-üzə gələcək son dünya çempionu Argentina və Avropa çempionu İspaniya yığmaları arasında favorit İspaniyadır.
Opto İspaniyanın qələbə ehtimalını 56,31 faiz, Argentinanın isə 43,69 faiz olaraq qiymətləndirib.
Xatırladaq ki, yarımfinalda İspaniya Fransa millisini 2:0, Argentina isə İngiltərəni 2:1 hesabı ilə məğlub edərək finala yüksəlib.
İspaniya-Argentina arasında keçiriləcək dünya çempionatının final oyunu 19 iyul tarixində baş tutacaq.