Rəsmi Tehran: ABŞ bazalarının İrana qarşı istifadəsinə icazə verən ölkələr tam məsuliyyət daşıyacaq

Bu gün, 08:24           
Rəsmi Tehran:
İran Xarici İşlər Nazirliyi ABŞ hərbi qüvvələrinin yerləşdiyi Yaxın Şərq ölkələrini Vaşinqtonun öz ərazilərindən İrana qarşı hücumlar başlatmasını qadağan etməyə çağırıb.

APA xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin bəyanatında qeyd edilib.

“ABŞ və onun bazalarının, ərazisinin və ya obyektlərinin İrana hücumlar üçün istifadəsinə icazə verən istənilən ölkə bunun nəticələrinə görə tam məsuliyyət daşıyacaq”, - məlumatda qeyd edilib.

Bildirilib ki, bu, regionda müharibənin eskalasiyasının və yayılmasının qarşısını almaq üçün lazımdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru