Fransa parlamenti evtanaziyanı leqallaşdırdı

Bu gün, 16:38           
Fransa parlamenti evtanaziyanı leqallaşdırdı
Fransa Milli Assambleyası evtanaziyanı leqallaşdırıb. Müvafiq qanun layihəsi 291 deputatın lehinə, 241 deputatın isə əleyhinə səs verməsi ilə qəbul edilib.

Bu barədə meduza.io yazıb.

Məlumata görə, evtanaziya hüququndan xəstəliyi sağalmaz olan və son mərhələdə olan yetkinlik yaşına çatmış Fransa vətəndaşları istifadə edə biləcəklər. Bunun üçün əsas şərt müalicə ilə aradan qaldırılması mümkün olmayan davamlı fiziki və ya psixoloji əzabların mövcudluğudur.

Həyatına könüllü şəkildə son qoymaq istəyən şəxs həkimlər komissiyasının icazəsini aldıqdan və qərarını dəyişmək imkanı verən əlavə gözləmə müddəti başa çatdıqdan sonra ölümcül inyeksiyanı özü etməlidir.

Pasiyent bunu müstəqil şəkildə edə bilmədiyi halda inyeksiyanı həkim və ya tibb bacısı vura bilər.

Bununla Fransa könüllü şəkildə həyata son qoyulmasını leqallaşdıran dünyada 11-ci ölkə olub. Avropada evtanaziyaya Niderland, Belçika, Lüksemburq, Portuqaliya və İspaniyada da icazə verilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru