UEFA Avropa Liqası: "Qarabağ" II təsnifat mərhələsinə yüksəlib - VİDEO
Dünən, 09:02
"Qarabağ" İslandiya səfərindən qələbə ilə qayıdır.
UEFA Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyunu çərçivəsində "Vestri"nin qonağı olan Ağdam təmsilçisi rəqibini 0:3 hesabı ilə məğlub edərək növbəti mərhələyə yüksəlib.
Qeyd edək ki, "Qarabağ"ın heyətində Jali Muaddib (5), Pedro Bikalyo (29) və Zakaria Savo (57) fərqlənərək komandaya inamlı qələbə qazandırıblar.
Beləliklə, ilk görüşdə rəqibini 3 cavabsız qolla məğlub edən Azərbaycan klubu II təsnifat mərhələsinə vəsiqə qazanıb.
Qurban Qurbanovun rəhbərlik etdiyi kollektivin növbəti rəqibi ÇSKA (Sofiya, Bolqarıstan) olacaq. Tərəflər arasında ilk qarşılaşma iyulun 23-də Bakıda keçirəcək.