Xankəndidə güclü yanğın başlayıb

Bu gün, 00:16           
Xankəndidə güclü yanğın başlayıb
Xankəndi şəhərində güclü yanğın baş verib.
TEREF "Qafqazinfo"ya istinadla xəbər verir ki, hadisə şəhər ərazisində yerləşən və əvvəllər taxta emalı müəssisəsi kimi fəaliyyət göstərən binada qeydə alınıb.

İlkin məlumatlara əsasən, yanğın qısa müddətdə geniş əraziyə yayılaraq yaxınlıqdakı binaya da keçib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə qüvvələri cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində zəruri tədbirlər davam etdirilir. Faktla bağlı araşdırma başlanılıb, yanğının başvermə səbəbləri müəyyənləşdirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru