Almaniyada botanika bağından nadir bir çiçək oğurlanıb

Bu gün, 00:12           
Almaniyada botanika bağından nadir bir çiçək oğurlanıb
Almaniyada botanika bağından nadir tapılan bitki oğurlanıb.

32gun.az bildirir ki, bu barədə "Spiegel" nəşri məlumat yayıb.

Almaniyanın Göttingen şəhərindəki Köhnə Botanika Bağının istixanasından dünyanın ən böyük və ən nadir çiçəkli bitkilərindən biri olan titan aronnikinin (titan amorfofallusu) yumrusu oğurlanıb. Hadisənin iyunun ortalarında, böyük ehtimalla istixananın iş saatlarında baş verdiyi bildirilir. Oğurlanmış yumru yaxın vaxtlarda çiçək açacaq dərəcədə inkişaf etmiş vəziyyətdə olub. Bir neçə ildən bir baş verən və cəmi bir neçə gün davam edən bu çiçəklənmə hadisəsi hər səfərində çox sayda ziyarətçini cəlb edir.

Polis hadisə nəticəsində dəyən ziyanı bir neçə yüz avro dəyərində qiymətləndirir və şahidlərdən hər hansı bir məlumatı bölüşməyi xahiş edir. Bu, analoji yeganə hadisə deyil, belə ki, ötən il Dortmunddakı botanika bağından da titan aronnikinin təxminən 30 kiloqramlıq yumrusu yoxa çıxmışdı. Həmin vaxt "David" ləqəbli bitkini tapmaq mümkün olmamışdı. Oğruların hansı məqsədlə bu bitkiləri qaçırdığı isə hələ də sirr olaraq qalır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru