23 000 Xankəndili azərbaycanlılarda artıq 33 ildir evlərinə gedmək istəyirlər... POLİTOLOQ

21-12-2022, 16:58           
23 000 Xankəndili azərbaycanlılarda artıq 33 ildir evlərinə gedmək istəyirlər... POLİTOLOQ
Xankəndində Azərbaycanlı əhalisinin sayı ilə bağlı müxtəlif məlumatlar gedir mediada: 12 min və s.
Mən 2010 cu ildə 122 saylı Xankəndi dairəsindən millət vəkilliyinə namizəd olmuşdum.
MSK-nın saytında bu dairənin seçici siyahısında say 5 min 3 yüz nəfər idi.
Mən isə diğər dairələrdəki seçicilərdən sırf “Xankəndində anadan olan Azərbaycanlıların sayı “ hesabına Xankəndinin 23 mindən çox Azərbaycanlı əhalisinin siyahısını əldə etdim.
İşğalda olduqları illər ərzində Xankəndinin Azərbaycanlı əhalisinin sayı başqa rayonlara qeydiyyata alınmaqla məqsədli şəkildə, süni azaldılmışdır.
Məsələn, bir ailədən 5 nəfərdən 2 Xankəndili, 3 isə başqa rayonlara qeydiyyata alınmışdı və s.
Bu haqda 2010 cu ildə ölkə mediasında müsahibə vermişdim.
Müsahibədən sonra imza topladığımız bütün rayonlarda polis bizi qarabaqara izləmiş, Gəncədə Xankəndlilərin kompakt yaşadığı Gülüstanda isə 4 qadını hətta üstümüzə salmışdı.
Sonradan öyrəndik ki, sən demə fovarit qadın namizədin (qadın Xankəndinin Pasport, Qeydiyyat idarəsinin rəisi idi) oğlu ondakı Daxili İşlər Nazirinin köməkçisi imiş.
Mən isə o zaman Avropa qurumları ilə sıx əməkdaşlıq edən gənc kimi yaşadığım Bakıdan deyil, əhalisi Azərbaycanın 68 rayon və kəndlərinə səpələnmiş bir dairədən namizədliyimi sırf Qarabağla bağlı faydalı ola biləcəyimə inandığım üçün vermişdim.
Xankəndinin süni azaldılmış Azərbaycanlı əhalisinin sayını səsləndirməklə ermənilərə əsas vermək lazım deyil.
Xankəndinin 23 mindən çox Azərbaycanlı əhalisi var və onlar evlərinə getmək istəyir …
Yeganə Hacıyeva
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru