İsrail Müdafiə Qüvvələri Qəzzada dövlət qurumlarına nəzarəti ələ keçirdi: Hökumət binası, Qubernator evi...

15-11-2023, 08:32           
İsrail Müdafiə Qüvvələri Qəzzada dövlət qurumlarına nəzarəti ələ keçirdi: Hökumət binası, Qubernator evi...
İsrail Müdafiə Qüvvələri Qəzzada dövlət qurumlarına nəzarəti ələ keçirib.

Bu barədə İsrail Müdafiə Qüvvələrinin rəsmi “Telegram” kanalında məlumat verilib.

“7-ci briqadanın və “Qolani” briqadasının qüvvələri HƏMAS-ın mərkəzi idarəetmə mərkəzlərinə nəzarəti təmin edib və terrorçuları zərərsizləşdiriblər.
Şeyx İclin və Rimalda əməliyyatlar həyata keçirilib və HƏMAS-ın hərbi məqsədlər üçün istifadə etdiyi dövlət qurumlarına nəzarət təmin edilib.

7-ci briqadanın birləşmiş döyüş qüvvələri HƏMAS-ın qanunvericilik və hökumət binasını, HƏMAS-ın polis baş qərargahını, silah istehsalı və hazırlanması üçün istifadə olunan mühəndislik fakültəsini nəzarətə götürüb. Əməliyyat zamanı qüvvələr HƏMAS-ın təlim mərkəzlərinin, əməliyyat otağının, saxlanma və dindirilmə otaqlarının yerləşdiyi Qizat kompleksinə nəzarəti ələ keçirib. Obyektdə HƏMAS-ın silahları, eləcə də maarifləndirici və tədris materialları olub. Bundan əlavə, “Qolani” briqadasının birləşmiş döyüş qüvvələri HƏMAS-ın istifadə etdiyi obyekt kimi təyin edilən qubernator iqamətgahını uğurla ələ keçirib. Binada HƏMAS-ın hərbi və polis idarələri, həmçinin hərbi kəşfiyyat idarələri, qərargahları və təşkilatın müxtəlif postları yerləşirib. Bu postlardan bəziləri HƏMAS tərəfindən oktyabrın 7-də İsrailə hücuma hazırlıqlar zamanı təlimlər üçün istifadə edilib”, - deyə məlumatda qeyd edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru