Kreml Qarabağ ermənilərinə yardım göndərməklə Fransadan və ABŞ-dan daha “irəli” getdi.

23-11-2023, 08:08           
Kreml Qarabağ ermənilərinə yardım göndərməklə Fransadan və ABŞ-dan daha “irəli” getdi.
Kreml sahibi Vladimir Putinin tapşırığı ilə Rusiya Fövqəladə Hallar Nazirliyinin İl-76 təyyarəsi vasitəsilə Qarabağı tərk etmiş ermənilər üçün İrəvana 40 ton humanitar yardım çatdırmasının anlamı nədir? Qarabağ ermənilərinin Rusiyadan göndərilən ərzağa, ədyala, yorğan-döşək dəstinə o qədərmi ehtiyacı var? Qarabağ erməniləri iki aya yaxındır bölgəni tərk edib və Ermənistanın müxtəlif bölgələrində yerləşiblər. Ermənistan hökuməti onlara maliyyə və ərzaq yardımı ayırıb.
Üstündən bu qədər müddət keçdikdən sonra Kremlin Qarabağ ermənilərinə yardım göndərməsi Azərbaycana xoş olmayan mesajdır.
Görünür, Kremldəkilərin Nikol Paşinyandan xoşları gəlməsə də, erməni separatizminə olan ümidlərini itirməyiblər.
Rusiya Birinci Qarabağ müharibəsi zamanı yurdunu tərk edən və ağır şəraitdə yaşayan yüzminlərlə azərbaycanlıya o illərdə yardım etdimi?
Xatırlamıram. Kreml Qarabağ ermənilərinə yardım göndərməklə Fransadan və ABŞ-dan daha “irəli” getdi.
Elxan Şahinoğlu
Teref. Xocanın Blogu












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru