Rusiyanın Azərbaycandakı səfiri yoxa çıxdı - Nə baş verir?

29-06-2025, 10:04           
Rusiyanın Azərbaycandakı səfiri yoxa çıxdı - Nə baş verir?
İyunun 27-i səhər saatlarında OMON dəstəsinin Yekaterinburqda 9 mənzilə hücum edib, soydaşlarımızı öldürməsi və ağır xəsarətlər yetirməsi, həmçinin onlarla azərbaycanlının təzyiqlər altında saxlanılması ilə bağlı Rusiyanın ölkəmizdəki səfirliyinin müvəqqəti işlər vəkili Pyotr Volokovıx XİN-ə çağırılıb.

Referans xəbər verir ki, Rusiyanın Azərbaycandakı səfiri Mixail Nikolayeviç Yevdokimovdur. O, 2023-cü ilin iyun ayında Rusiya Prezidenti Vladimir Putinin sərəncamı ilə bu vəzifəyə təyin olunub.

Maraqlıdır, Azərbaycan XİN-ə niyə səfir çağırılmayıb?

Məlumat üçün qeyd edək ki, müvəqqəti işlər vəkili müxtəlif səbəblərdən səfir göndərilməyən və ya göndərilə bilməyən ölkələrlə diplomatik əlaqələri idarə etmək üçün vəzifələndirilən və ya missiya liderinin yoxluğunda onu əvəz edən diplomatdır.
Belə məlum olur ki, Yevdakimov vəzifəsini bu və ya digər formada tərk edib və məhz buna görə də müvəqqəti işlər vəkili təyin edilib.

Zəruri olaraq qeyd edək ki, müvəqqəti işlər vəkili əsasən dioplomatik münasibətlərdə daha aşağı səviyyə sayılır. Bu baxımdan Rusiyanı Azərbaycanda səfir deyil, müvəqqəti işlər vəkili səviyyəsində təmsilçiliyi diqqət çəkməyə bilməz.

Azərbaycanla Rusiya arasında diplomatik sahədə nə baş verir? Yevdakimov haradadır? O, müvəqqəti olaraq “məsləhətləşmək üçün” geri çağırılıb? Bu barədə ictimai açıqlama niyə indiyədək olmayıb?












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru