Cənab Mikayil Cabbarov əslində " hərki-mərkilik" sözatması bu deyilmi?

15-11-2025, 12:11           
Cənab Mikayil Cabbarov əslində " hərki-mərkilik" sözatması bu deyilmi?
Xaric səslənirik biz,Səhv düşəndə yerimiz.(yeriniz)
Müsibət oluruq biz,Səhv düşəndə yerimiz.(yeriniz)
Cənab Mikayil Jabbarov əslində " hərki-mərkilik" sözatması bu deyilmi?
Düşünürəm ki, "sağlamlaşdırma" prosesi əvvəl ,təcili olaraq şirkətin Baş Ofisində aparılmalıdır,
SOCAR vitse prezidenti Ziba Mustafayeva, " SOCAR təşkilatı sağlamlaşdırma tədbirləri çərçivəsində Azneft İB-də aparılan və optimallaşdırma" adlandırdığınız "sağlamlaşdırma"siyasəti (60+ işçilərə psixoloji təzyiqlər),insan hüquqlarının pozulması, diskrinimasiyaya məruz qalması və həmin siyasətin insan sağlamlığına ciddi təsiri deyilmi?

-60+yaşına çatmış işçilərə psixoloji təsir etmək imtahan hədə qorxusu gəlmə, onları stress keçirtməyə məcbur etmək , onların sağlamlığına ciddi təsir etdiyini, və bunun məsulliyyətini dərk edirsinizmi?
Birdəfəlik müavinətin ödənilməsi qaydaları

1. SOCAR-da çalışdığı sonuncu fasiləsiz əmək stajına əsasən müəyyənləşdirilən birdəfəlik müavinət əmsalları
-6 ilədək Orta aylıq əmək haqqının 7.5 misli-
-6 ildən 12 ilədək Orta aylıq əmək haqqının 8 misli
-12 ildən 18 ilədək Orta aylıq əmək haqqının 8.5 misli
--18 ildən 24 ilədək Orta aylıq əmək haqqının 9 misli
-24 ildən 30 ilədək Orta aylıq əmək haqqının 10 misli
-30 ildən 36 ilədək Orta aylıq əmək haqqının 11 misli
-36 ildən çox Orta aylıq əmək haqqının 12 misli
2. Birdəfəlik müavinət ödənilməsi nəzərdə tutulmayan əməkdaşlar
Son performans dəyərləndirmə prosesi nəticəsində performans göstəricisi “maksimal” nəticə əldə etmiş işçilər
-Təqaüd yaşı tamamlanmış və ya Proqramın həyata keçirildiyi dövrdə təqaüd yaşı tamamlanacaq işçilər
3.Performans əsaslı mükafatlandırma barədə
Birdəfəlik müavinəti 2025-ci ildə ödəniləcək əməkdaşlara 2024-cü ilin performans əsaslı mükafat (müvafiq ödənişi almaq hüququ olduqda) məbləğini işçi ilə son haqq-hesab tarixində
-Birdəfəlik müavinəti 2026-ci ildə ödəniləcək əməkdaşlara 2025-ci ilin performans əsaslı mükafat (müvafiq ödənişi almaq hüququ olduqda) məbləğinin rəsmi ödəniləcəyi tarixdə verilməsi.
Mirvari Gahramanli
Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı İB sədri
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]