DÇ-2026: Belçika əzmkar qələbə qazanaraq 1/8 finala çıxdı - VİDEO

Bu gün, 10:16           
DÇ-2026: Belçika əzmkar qələbə qazanaraq 1/8 finala çıxdı - VİDEO
Futbol üzrə 2026-cı il dünya çempionatının (DÇ-2026) 1/16 final mərhələsi çərçivəsində Belçika - Seneqal oyunu keçirilib.

Oxu.Az xəbər verir ki, ABŞ-nin Sietl şəhərində baş tutan qarşılaşmanın əsas vaxtı heç-heçə yekunlaşıb - 2:2.

Afrika təmsilçisindən Habib Diarra (24-cü dəqiqə), İsmaila Sarr (54-cü dəqiqə), Avropa təmsilçisindən isə Romelu Lukaku (86-cı dəqiqə) və Yuri Tilemans (89-cu dəqiqə) fərqləniblər.

Əlavə vaxtın son dəqiqələrində Yuri Tilemans daha bir qol vuraraq (penaltidən 120+5-ci dəqiqə) Belçikanın 3:2 hesablı qələbəsini təmin edib.

Qeyd edək ki, Belçika 1/8 final mərhələsində ABŞ - Bosniya və Herseqovina cütünün qalibi ilə qarşılaşacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru