DÇ-2026: Daha bir ev sahibi 1/8 finalda - VİDEO

Bu gün, 11:07           
DÇ-2026: Daha bir ev sahibi 1/8 finalda - VİDEO
Futbol üzrə 2026-cı il dünya çempionatının (DÇ-2026) 1/16 final mərhələsi çərçivəsində ABŞ - Bosniya və Herseqovina oyunu keçirilib.

Oxu.Az xəbər verir ki, ABŞ-nin San-Fransisko şəhərində baş tutan qarşılaşmada çempionata ev sahibliyi edən komanda qələbə qazanıb - 2:0.

Matçın ilk hissəsinin sonunda - 45-ci dəqiqədə Folarin Baloqan hesabı açıb. Oyunun ikinci yarısında isə o, qırmızı vərəqə alaraq meydanı tərk etməli olub. 10 nəfərlə qalan ABŞ millisi 82-ci dəqiqədə Malik Tilman qoluna sevinib.

ABŞ millisi 1/8 finalda Belçika yığması ilə oynayacaq.

Xatırladaq ki, DÇ-2026-ya ABŞ, Kanada və Meksika ev sahibliyi edirlər. Ötən gün Meksika millisi də Ekvadora qalib gələrək 1/8 finala adını yazdırıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru