Demokratiya necə yarandı?
Bu gün, 10:17

Əski qəbilə təfəkkürünə əsasən, xüsusilə patriarxal düşüncənin formalaşdığı dövrdən etibarən ata yaradıcı hesab olunur. Ailədə ata, qəbilədə qəbilə başçısı tanrı idi. Qəbilə başçısı "Baş Allah", ailə başçısı "Köməkçi Allah" hesab olunurdu. Nəsil prizmasından baxanda isə baba "Baş Allah", ata "köməkçi Allah" hesab olunur.
Tarixdə nəsillərin debatı, atalar-oğullar mübarizəsi məhşurdur. Oğullar ailə hakimiyyəti uğrunda uzun müddət mübarizə aparıb. Bəzən uğurlu, bəzən uğursuz olub. Ancaq uğurlu olanda da bu uğur yenilik yaratmayıb. Sadəcə atanı hakimiyyətdən salan oğul atasının taxtına sahib çıxıb, atası kimi bur diktator olub.
Demokratiya isə yeni nəfəs, yeni mübarizə üsuludur. Oğulların "köməkçi Allah" olan atalarına qarşı yox, "baş Allah" olan babalarına qarşı mübarizəsidir. Böyük ehtimal ki, bu prosesdə də xeyli nəvə öz babası və atası tərəfindən zərərsizləşdirilib. Amma nəvənin müqəddəs, toxunulmaz hesab olunan "baş Allah"a qarşı çıxması, onların toxunulmazlığını ortadan qaldırdı.
Bəs artıq dövlətləşmiş toplumda baş və köməkçi Allahlar kimlər idi? Kral və kilsə hakimiyyəti, İsanın Allahı. Kral və kilsə Allahın yerdəki canişinləri, yəni köməkçi Allah vəzifəsini yerinə yetirir. Və onların bəsləndiyi mənbə göydəki Allahdır.
Praqmatik fəlsəfə, Platonun "Dialoq"u nəvələrin babalarına qarşı mübarizəsinin nəzəri əsasıdır. Bu nəzəriyyə əsrlərlə düşüncəyə siraət edib, nəhayət özü bir hərəkatı formalaşdıracaq düşüncəyə çevrildi. Kralın və kilsənin hakimiyyəti ortadan qalxdı. İnanca əsasən göydəki Allahın yerdəki təsir gücü azaldı. Hər kəs öz Allahıyla birlikdə kilsə divarlarının daxilinə sığındı.
Müqəddəslik ortadan qalxdımı? Xeyr. Hər kəs öz müqəddəsini qorumaq naminə onu öz yerinə qoydu. Nəvənin babaya qarşı mübarizəsi, babanı adiləşdirdi. Bu adiləşmə olmasın deyə, babanı saraydan çıxarıb, öz evinə, kilsəyə götürdülər.
Bu günün Avropasında Allah, din, inanc yoxdurmu? Var. Amma o, artıq dominant söz sahibi deyil. Çünki normaya çevrilən tənqid, etiraz düşüncəsi və mühiti var.
Demokratiya oğullarla, atalar və babaların, işçiylə müdirin, qadınla kişinin, bəndəylə Tanının məsafəsiz öz düşüncələrini rahat ifadə edə bildiyi düşüncə müstəvisidir...
Sahib Altay
TEREF

