Əhaliyə XƏBƏRDARLIQ edildi - Sürətlə Yerə yaxınlaşır
16-11-2025, 00:10
Günəş səthində baş verən güclü aktivlik nəticəsində yaranan iri plazma kütləsi Yerə doğru yaxınlaşsa da, planetlə toqquşmayacaq.
TEREF xarici mediaya istinadən xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, 2025-ci ilin ən intensiv Günəş hadisələrindən biri kimi qiymətləndirilən bu plazma axını trayektoriyasına görə Yer kürəsini kənardan keçəcək.
Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası “Telegram” səhifəsində yayımladığı məlumatda son günlər ərzində dördüncü dəfə belə bir atımın qeydə alındığı bildirilib. Lakin bu dəfə də plazma çıxışı planetin maqnit sahəsinə birbaşa təsir edəcək qədər yaxınlaşmayacaq.
Mütəxəssislər vəziyyətin nəzarətdə olduğunu və narahatlığa əsas olmadığını vurğulayıblar./Musavat.com