Bu foto AYNA-nın rüşvətxorluğunun sübutudur - FOTO

18-11-2025, 00:07           
Bu foto AYNA-nın rüşvətxorluğunun sübutudur - FOTO
Bazar günüdür və şəhərin bu hissəsinə hərəkət qadağan olunub, yalnız yerli sakinlərin girişi icazəlidir. Lakin “Sırovarnya” restoranının qarşısında, hansısa yolla (təxmin edin necə) keçməyi bacaran 888, 444 və 777 nömrələri ilə avtomobillər parklanmışdı.

Tribuna-nın məlumatına görə, sözügedən ərazidən foto təqdim edən professor, memar Elçin Əliyev bildirib ki, halbuki başqa şəxslərə həmin əraziyə avtomobillə girmək qadağandır:

“Yəni AYNA qaydaları yalnız sadə vətəndaşlar üçün işləyir – buna görə onların hüquqları hər cür məhdudlaşdırılır ki, “güclülərə” mane olmasın.
Fotoşəkil AYNA işçilərinin rüşvətçiliyinin birbaşa sübutudur; onlar pul qarşılığında qadağan olunmuş əraziyə keçmək istəyənləri buraxırlar. Prokurorluğa başqa hansı sübut lazımdır?”.

Məsələyə AYNA-nın da (Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi) mövqeyini öyrənməyə çalşdıq. Lakin zənglərimizə cavab verən olmadı.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]