Sülh sazişi imzalanmağa hazırdır - Ermənistandan açıqlama

21-02-2026, 08:14           
Sülh sazişi imzalanmağa hazırdır - Ermənistandan açıqlama
ATƏT Parlament Assambleyasında Ermənistan nümayəndə heyətinin rəhbəri Sarqis Xandanyan Azərbaycan-Ermənistan münasibətləri ilə bağlı diqqətçəkən açıqlama verib.

Musavat.com xəbər verir ki, o, tərəflərin artıq əvvəllər mümkünsüz sayılan məsələlər üzrə praktik həllər tapmağa başladığını və sülh sazişinin mətni üzrə razılığa gəldiyini bildirib.

Xandanyanın sözlərinə görə, ötən il eyni zalda belə irəliləyişi təsəvvür etmək çətin idi, lakin hazırda tərəflər təkcə siyasi məsələləri deyil, həm də ticarət-iqtisadi əməkdaşlıq imkanlarını müzakirə edirlər.

Erməni nümayəndə vurğulayıb ki, artıq sənədin heç bir ilkin şərt olmadan imzalanıb ratifikasiya edilməsinin vaxtı çatıb. Onun fikrincə, bu addım hüquqi baxımdan sülhü möhkəmləndirəcək və uzunmüddətli sabitliyə, eləcə də iqtisadi əməkdaşlığın genişlənməsinə xidmət edəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru