Nərimanovda dəmir konstruksiyalı obyektlər peyda olur - Toyxanaya, kafe, restoran? VİDEO

Bu gün, 00:10           
Nərimanovda dəmir konstruksiyalı obyektlər peyda olur -
Nərimanov rayonu ərazisində yerləşən hündürmərtəbəli binanın ətrafının dəmir konstruksiyalar vasitəsilə genişləndirildiyi iddia olunur.

Bizimesr.com-a göndərilən videogörüntülərdə ərazinin hasarabənzər formada əhatəyə alındığı açıq şəkildə görünür. Məlumata görə, bu tikilinin yay aylarında fəaliyyət göstərəcək açıq tipli kafe və ya restoran üçün nəzərdə tutulduğu ehtimal edilir.

Sakinlər bildirir ki, bu cür genişləndirmə işləri piyadaların sərbəst hərəkətinə maneə yaradır. Hazırda rəsmi qurumlar tərəfindən sözügedən tikilinin hansı məqsədlə aparıldığı ilə bağlı açıqlama verilməyib.

Qeyd edək ki, rayonun icra başçısı Elçin Həbibullayevdir.

Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.
@bizimesr.az

Nərimanov rayon ərazisində daha bir əlavə artırma müşahidə olunub. Qanuni olduğu şübhə doğurur...

♬ suara asli - sant membara🇮🇩












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru