“Paşa Sığorta” müştəriləri üsyanda: Ödənişlər niyə gecikir?

Bu gün, 00:06           
“Paşa Sığorta” müştəriləri üsyanda: Ödənişlər niyə gecikir?
Müştərilər “Paşa Sığorta”dan imtina edir.
TEREF xəbər verir ki, narazı müştərilərdən biri də Zeynal İsgəndərzadədir.
Sosial şəbəkədə problemini paylaşan Z.İsgəndərzadə bildirib ki, “Paşa Sığorta” artıq yarım aydır avtomobilinə dəymiş ziyanı qiymətləndirmir:

“Şikayətim “PASHA Insurance”dandır. Ayın 7-si yol-nəqliyyat hadisəsi yaşamışam.

9-u avtomobilimi “KİA” Servis Gənclikdə qiymətləndirilməsi üçün təqdim etmişəm.
Bu günə qədər isə “Paşa Sığorta” tərəfindən nə zərərin məbləği müəyyən edilib, nə də proseslə bağlı konkret məlumat verilib.

Dəfələrlə əlaqə saxlasam da, hər zəngdə fərqli və qeyri-müəyyən cavablar alıram”.

Müştərinin bu şikayətinə digər “Paşa Sığorta” müştəriləri də qoşulub.

Yazılanlardan belə görünür ki, şirkət bir sıra hallarda müştəriləri narazı salır, dəymiş ziyanın qiymətləndirilməsini gecikdirir və ödəniş prosesini uzadır.

Müştərilərin şikayətlərini təqdim edirik.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.Tribuna.az














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru