Bağlanan Kəlbəcər məktəbinin müəllimləri üçün çətin seçim - 10 SAAT DƏRS YÜKÜ ÜÇÜN BAŞQA KƏNDƏ GÖNDƏRİRLƏR...

Bu gün, 12:36           
Bağlanan Kəlbəcər məktəbinin müəllimləri üçün çətin seçim -
Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin tabeçiliyində olan Göygöyülün Şəhriyar kəndindəki Kəlbəcər rayonunun 75 saylı orta məktəbi bağlanır.

Bu barədə Gununsesi.info-ya həmin məktəbdə çalışan bir qrup müəllim müraciətində bildirib.

Onların sözlərinə görə, regional təhsil idarəsi həmin məktəbin bağlandığını, orada çalışan müəllimlərin isə ətraf kəndlərdə işlə təmin olunmasına dair göstəriş aldıqlarını deyir.

Lakin müəllimlər bildirir ki, 10-12 dərs saatından ötrü bir kənddən başqa kəndə getmək qeyri-mümkündür.

Əslində, bu, məntiq etibarı ilə də doğru gəlmir. Çünki gedib-gəlmək, yol xərci, kəndlər arası marşrut qrafiklərinin dərs saatlarının üst-üstə düşməməsi məsələsi var. Nəzərə alsaq ki, müəllimlər arasında yaşlı insanlar da var, məsələ daha da qəlizləşir.

Baş verən bu hal ilə bağlı müəllimlər təhsil naziri Emin Əmrullayevdən xahiş edirlər ki, məsələni nəzarətə götürsün.

Onlar bildirir ki, heç olmasa, Şəhriyar kənd orta məktəbində işlə təmin olunmaqlarına imkan verilsin.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru