Kardioloq: “Mingəçevir Mərkəzi Xəstəxanası həkimlərin başına oyun açır – Video

Bu gün, 08:24           
Kardioloq: “Mingəçevir Mərkəzi Xəstəxanası həkimlərin başına oyun açır – Video
Fevral ayında vəzifəsindən azad edilən Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanovun Mingəçevir şəhər Mərkəzi Xəstəxanasındakı adamı Ülfət Qurbanov həkimlərin başına oyun açır.

Tribuna.az xəbər verir ki, bu barədə haqsız yerə işdən çıxarılan Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının həkimi kardioloq Gülü Namazova bildirib. O qeyd edib ki, 4 ildir çalışdığı xəstəxanadan Ülfət Qurbanov onu heç bir səbəb olmadan çıxarıb:

“Mən Mingəçevir Mərkəzi Xəstəxanasında 4 il çalışmışam. Bu ilin yanvar ayında Vüqar Qurbanovun adamı Ülfət Qurbanov adımda heç bir izahat, töhmət, işə gecikmə halı olmadığı halda işimə xitam verib. Mən bu haqsızlığa görə çəkiliş edirəm.
Hörmətli Anar Bayramov, Mingəçevir Mərkəzi Xəstəxanasında heç də hər şey göründüyü kimi deyil. Ülfət Qurbanov bu xəstəxanada “at oynadır”. Kimi istəyir işdən çıxarır, iclaslarda işçiləri təhqir edir”.

Məsələ ilə bağlı Mİngəçevir şəhər Mərkəzi Xəstəxanası ilə əlaqə yaratmağa çalışsaq da, zənglərimizə cavab verən olmadı.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru