Regionda müharibə: Kür çayı ilə bağlı nə baş verir? – DETALLAR

Bu gün, 09:44           
Regionda müharibə: Kür çayı ilə bağlı nə baş verir? –
İran–İsrail müharibəsinin müxtəlif sahələrə mümkün təsirləri geniş müzakirə olunur. Bu kontekstdə Azərbaycanda Kür çayının daşması ilə bağlı bəzi iddialar da gündəmə gətirilib. Sosial şəbəkələrdə və ictimai müzakirələrdə bu təbii hadisə ilə geosiyasi gərginlik arasında əlaqə qurmağa çalışan fikirlər səsləndirilir.

Bəs sözügedən iddiaların hər hansı elmi əsası varmı?

TEREF xəbər verir ki, Globalinfo.az-a danışan ekoloq Qorxmaz İbrahimli bildirib ki, bu iddiaları əsaslı hesab etmir:

“Hazırda bahar fəslidir və müəyyən təbii proseslər baş verir. Müharibənin nəzəri olaraq müəyyən təsirləri ola bilər, amma konkret hansısa hərbi əməliyyatın yağıntılara ciddi təsir göstərməsi inandırıcı deyil və elmi cəhətdən sübut olunmayıb. Bu günə qədər süni şəkildə belə miqyasda iqlim dəyişiklikləri yaradılması faktı qeydə alınmayıb. Bu cür iddialar daha çox əsassız fərziyyələrə bənzəyir”.

Ekoloq əlavə edib ki, hazırda regionda yaz mövsümünə xas olan gursuluq dövrü müşahidə olunur:

“Hadisələrin müharibə ilə eyni vaxta düşməsi bəzi insanları çaşdıra bilər. Lakin bu iki proses arasında birbaşa əlaqə yoxdur. Əhali narahat olmasın, Kür çayının daşması üçün ciddi əsas yoxdur. Hazırda nə buzlaqların əriməsi, nə də intensiv yağıntılar bu səviyyədə risk yaradır. Bundan əlavə, Mingəçevir su anbarından suyun tənzimlənməsi məqsədilə müəyyən həcmdə buraxılış həyata keçirilib. Bu isə Kür çayının daşmasına səbəb olacaq səviyyədə deyil”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru