Tehran Hörmüz boğazı ilə bağlı alternativ yola ət atdı

Bu gün, 08:08           
Tehran Hörmüz boğazı ilə bağlı alternativ yola ət atdı
İranın Hörmüz boğazı ilə bağlı hazırladığı qanun layihəsi gəmilərdən keçidə görə deyil, göstərilən xidmətlərə görə ödəniş alınmasını nəzərdə tutur.

TEREF xəbər verir ki, bu barədə "The Guardian" nəşri məlumat yayıb.

Bildirilir ki, Tehran gəmiçilik şirkətlərinin boğazdan keçid zamanı təqdim olunan konkret xidmətlərə görə ödəniş etməsini təklif edir. Bu yanaşma İrana birbaşa keçid rüsumu tətbiq etmədən gəmiçilikdən gəlir əldə etməyə imkan yarada bilər.

İran parlamentinin milli təhlükəsizlik komissiyasının rəhbəri İbrahim Əzizi bildirib ki, ödənişlər milli valyuta - İran rialı ilə həyata keçirilməlidir.

Onun sözlərinə görə, layihə faktiki olaraq Hörmüz boğazı üzərində nəzarətin İran Silahlı Qüvvələri tərəfindən həyata keçirilməsini nəzərdə tutur. O qeyd edib ki, İran ordusu "düşmən gəmilərini" buraxmayacaq.

Qəzet vurğulayır ki, təklif olunan mexanizm BMT-nin dəniz hüququ üzrə konvensiyasının müddəalarını pozmadan gəlir əldə etməyə imkan verə bilər. Həmin sənədə əsasən, xarici gəmilər yalnız keçidə görə rüsumla yüklənə bilməz, lakin konkret xidmətlər - məsələn, loçmanlıq və ya təhlükəsizlik təminatı - üçün ödəniş tələb oluna bilər.

Qeyd edək ki, İran bu konvensiyanı imzalasa da, hələ ratifikasiya etməyib.(oxu.az)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru