AAYDA-da yüksək vəzifəli şəxslər işdən azad edildi - SİYAHI

Bu gün, 12:22           
AAYDA-da yüksək vəzifəli şəxslər işdən azad edildi - SİYAHI
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində (AAYDA) islahatlar davam edir.
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, qurumun Avtomobil Yollarının Mühafizəsi Xidmətində bir sıra yüksək vəzifəli şəxslər tutduqları vəzifələrdən azad edilib.
Belə ki, Xidmətin rəis müavinləri Həbib Əliyev və Eyyub Həsənov, Bakı və Bakı ətrafı yol mühafizəsi üzrə bölgə rəisi Coşqun Qarayev, həmin strukturun bölmə rəisi Əziz Ağayev, Nəqliyyat şöbəsinin rəisi Ramiz Nəcəfov, Əməyin mühafizəsi şöbəsinin rəisi Rauf Əliyev, 5 saylı tərəzi nəzarət məntəqəsinin rəisi Qafur Quliyev, 10 saylı tərəzi nəzarət məntəqəsinin rəisi Salman Səfətarov və Səyyar tərəzi nəzarət məntəqəsinin rəisi Mehman Həmzəyev işdən çıxarılıblar.
Məsələ ilə bağlı qurumun mətbuat xidmətinə sorğu ünvanlasaq da, münasibət bildirilməyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru