Moskva ABŞ və İran arasında danışıqların davam etdirilməsini dəstəkləyir və hərbi əməliyyatların yenidən başlamasını qəbuledilməz hesab edir .
Bizimesr.com bildirir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov açıqlayıb.
"Biz istənilən halda danışıqların və atəşkəsin davam etdirilməsini alqışlayırıq. heç bir halda hərbi əməliyyatlara qayıtmaq olmaz".
Peskov həmçinin Rusiyanın Yaxın Şərqdəki münaqişənin həlli üçün istənilən vasitəçilik xidmətləri göstərməyə hazır olduğunu vurğulayıb. O, qeyd edib ki, "Kreml sülhün, zəmanətli sülhün sonda qalib gəlməsi üçün hər şeyi edəcək".