"Azəriqaz" sədri Azər Məmmədov neçə vətəndaşı qəbul edib, neçəsinin dərdinə əlac edib? - Azər Məmmədov tərəfindən keçirilən qəbullar barədə hesabatı ictimaiyyətə açıqlasın.
12-06-2026, 08:24

Yox, məqsədim qətiyyən bu boşuna yol yorğunluğuna səbəb olan, görüntü xatirinə keçirilən qəbulları reklam etmək deyil. Əgər "Azəriqaz" rəsmiləri bunun əksini iddia edirsə Azər Məmmədov tərəfindən keçirilən qəbullar barədə hesabatı ictimaiyyətə açıqlasın.
20-dən artıq qəbul keçirib. Suallar belədir.

Neçə vətəndaş qəbul edilib, neçəsinin dərdinə əlac edilib?
Mən iddia edirəm, müsbət həll edilən vətəndaş müraciəti sayı maksimum 2-3 %. Qaz təchizatı ilə bağlı vətəndaşı nə narahat edə bilər?
1. Qapı keçidlərinin verilməsi və ya mövcud keçidlərin yerinin dəyişdirilməsi.
2. Mənzilin qazlaşdırılması üçün texniki şərtlərin verilməsi.
3. Borcla bağlı məsələlər. Bura saxta cərimə aktları ilə bağlı olan problemlər də daxildir.
4. Qəbula gələnlərin böyük hissəsi də "Azəriqaz"ın ya hazırda işləyən əməkdaşları ya da ixitsara salınan əməkdaşlarıdır ki, bunların da problemi hamıya məlumdur. (Yeri gəlmişkən, bu baş mühasiblərin dərdi nə oldu kütləvi qırğına məruz qaldılar?)
Hörmətli "Azəriqaz" rəsmiləri, buyurun, açıqlayın görək camaatı qəbul edib hansı problemlərini həll etmisiz.
PS: Sənədsiz evlərə texniki şərt vermək olmaz, cinayət məsuliyyəti var. Xeyli xub, bəs Abşeronun kənd təsərrüfatı təyinatlı torpaqlarında açılan bazara görə kim hansı məsuliyyəti daşıyır? İstismar Departamentinin rəisi Səməd Əliyev, Layihə razılaşdırılması şöbəsinin rəisi Ramiz Quliyev, Sumqayıt RQİİ-nin rəisi Sübhi Bayramov, yoxsa başqa biri.
Sadiq Abdullayev
TEREF