Qəbələdə icra hakimiyyəti yeniyetmələri istismar edir - Fotolar

Bu gün, 11:34           
Qəbələdə icra hakimiyyəti yeniyetmələri istismar edir - Fotolar
Qəbələ rayonunda qanunsuz fəaliyyət göstərdiyi bildirilən iaşə obyektləri yığışdırılıb.
TEREF xitab24.az-a istinadla xəbər verir ki, bununla bağlı Qəbələ Rayon İcra Hakimiyyəti məlumat yayıb.
Məlumatda qeyd olunur ki, iyunun 29-da Qəbələ Rayon İcra Hakimiyyətinin və müvafiq qurumların əməkdaşları tərəfindən şəhər ərazisində qanunsuz fəaliyyət göstərən iaşə obyektlərinin fəaliyyətinin qarşısı alınıb və yığışdırılıb.
Maraqlıdır ki, bu obyektlərin yığışdırılmasında isə həmin kafelərdə çalışanlar cəlb olunub. Yəni, Qəbələ RİH və müvafiq qurumlar öz işçi heyətindən istifadə etmək əvəzinə, yeniyetmələri istismara məruz qoyub.
Bu faktı təsdiqləyən fotoları Qəbələ RİH özü rəsmi feysbuk hesabında paylaşıb.
Qeyd edək ki, Qəbələnin icra başçısı 2010-cu ildən Səbuhi Abdullayevdir.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru