Doğum azalıb, gənclər ölkəni sürətlə tərk edir... Məmləkət demoqrafik fəlakətə doğru gedir
Bu gün, 12:39
Dövlət Statistika Komitəsinin rəsmi hesabatına əsasən: 2025-ci ilin (Yanvar-May) aylarında 38 836 uşaq, 2026-cı il (Yanvar-May) aylarında 28 631 körpə.dünyaya gəlib. Beləliklə, doğum sayı cəmi bir il ərzində eyni dövr üçün 10 205 nəfər (təxminən 26%) azalıb. Hər 1000 nəfərə düşən doğum əmsalı isə 2025-ci ilin ilk 5 ayında 9,2 olduğu halda, 2026-cı ilin müvafiq dövründə 8,5-ə enib. Ölkədən gənclərin sürətli köçünü də nəzərə alsaq, məmləkət demoqrafik fəlakətə doğru gedir. Görürsüz hörmətli qərarverənlər, vəziyyət yaxşı deyil, cəmi 15-20 ildən sonra təqaüdçülərin sayı rəsmi lşləyənlərin sayından çox olacaq. Ölkəmiz 2006-cı il Yunanıstanın vəziyyətimə.düşəcək, amma, Yunanıstan AB ölkəsidir, Avropa onlara 180 mlrd. avro verdi, böhrandan dartıb-çıxartdı. Biz nə edəcəyik?! Ölkənin gələcəyinin cəlbedici olmadığına görə gənclər köçür, ailə qurmur, çox uşaq doğmurlar. İnsanlara ümid, işıq, müsbət mesajlar vermək, pozitiv qərarlar almaq lazımdır... Natiq Cəfərli