Bakının Hitler kəşfiyyatçıları tərəfindən çəkilmiş fotoları üzə çıxdı – TARİX

15-08-2018, 20:28           
Bakının Hitler kəşfiyyatçıları tərəfindən çəkilmiş fotoları üzə çıxdı – TARİX
Azərbaycandan olan məşhur rus jurnalist və bloqqer Vyaçeslav Sapunov Bakının 1942-ci ildə faşist Almaniyasının “Yunkers” Ju-88 kəşfiyyat təyyarəsinin göyərtəsindən çəkilmiş unikal kadrlarını yayıb. Fotolar alman bundesarxivindən götürülüb.

V.Sapunov 1news.az-a bildirib ki, həmin fotoları ona Bakının tarixinin tədqiqatşısı, hazırda İsraildə yaşayan Vladimir Koqan təqdim edib. “Fotolardan göründüyü kimi alman kəşfiyyatçıları havadan həm Bakının mərkəzini, həm neft yataqlarını, hərbi aerodromları çəkiblər. O cümlədən 1942-ci ildə indik Heydər Əliyev prospektinin yaxınlığında yerləşən hərbi aerodromu. Həmin aerodroma ABŞ-ın lend-liz proqramı çərçivəsində göndərdiyi yardımları daşıyan təyyarələr enirdi.






Kadrlarda habelə 193 saylı orta məktəbin binası, 1925-ci ildə tikilmiş 66 saylı məktəb görünür. Xüsusən Bakının mərkəzi aydın düşüb. Bir çox fotolarda mühüm obyektlər görünür. “Bunlar möhtəşəm tarixi fotolardır”-Sapunov deyib. (Virtualaz.org)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru